67 əlilə reabilitasiya vasitələri verilib

67 əlilə reabilitasiya vasitələri verilib
  06 Noyabr 2019    Oxunub:1346
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi davam etdirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, xidmət tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarında yaşayan 67 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlara 6 əlil arabası, 78 cüt protez ayaqqabı, 1 cüt ortopedik ayaqqabı, 2 ədəd aşağı ətraf protezi və ortezi, 44 ədəd əsa, 34 cüt dirsəkaltı, 13 cüt qoltuqaltı ağac, 1 ədəd bandaj, 98 ədəd güdül üçün corab, 20 ədəd dizlik, yara əleyhinə 10 ədəd döşəkcə, 14 ədəd dartıcı elastik boru, 85 ədəd rezin ucluq verilib.

Növbəti mərhələdə İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı və Qobustan rayonlarında yaşayan əlilliyi olan şəxslərə də səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti