Toyuq budunda narkotik

Toyuq budunda narkotik
  13 Dekabr 2013    Oxunub:1072
İçərisində narkotik maddə yerləşdirilmiş toyuq budunun Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan məhkum Nazim Qafur oğlu Feyzullayevin yanına görüşə gəlmiş qohumu Roman Musayeviç Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman toyuq budunun içərisində yerləşdirilərək gizlədilmiş ümumi çəkisi 0,258 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü N.Feyzullayev Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə; təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti