Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb

   Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb
  05 Noyabr 2019    Oxunub:3543
Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb.
Azvision.az -ın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

Fond Oktay Gülaliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Azvision.az


Teqlər: OktayGülalıyev   Fond   Yardım  





Xəbər lenti