Şura jurnalistlər üçün yazı müsabiqəsi elan edib
Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir: 1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları. 2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması. 3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.
Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:
1-ci yer – 1200 (min iki yüz) manat, 2-ci yer- 800 (səkkiz yüz) manat, 3-cü yer – 500 (beş yüz) manat.
Müsabiqənin şərtləri:
Yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır;
• Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır;
• Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;
• Yazılar Azərbaycan dilində yayımlanmalıdır;
• Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.
Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr - 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.
5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.
15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.
Əlavə məlumatlar:
Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq [email protected]. e-poçtuna göndərilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər. Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).
Qeyd: Müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 20 noyabr 2019-cu ilə kimi layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar.
Azvision.az
Teqlər: Şura