Bu gün güclü külək əsəcək - Faktiki hava

   Bu gün güclü külək əsəcək -    Faktiki hava
  05 Noyabr 2019    Oxunub:1244
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata əsasən, noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti