Kosmik hava durumu açıqlandı

Kosmik hava durumu açıqlandı
  05 Noyabr 2019    Oxunub:1318
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Azvision.az Rəsədxanaya istinadən xəbər verir ki, ötən gün Günəş fəallığı çox aşağı səviyyə, Günəş diski ləkəsiz olub. Bu səbəbdən geomaqnit sahə də son 24 saat ərzində ümumən sakit olub.

Noyabrın 4-6-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.

Azvision.az



Teqlər: Rəsədxana   Hava   Kosmik  





Xəbər lenti