Zorakılığa məruz qalan 79 nəfərə mühafizə orderi verilib

 Zorakılığa məruz qalan 79 nəfərə mühafizə orderi verilib
  04 Noyabr 2019    Oxunub:2173
Azərbaycanda məişət zorakılığı zəminində verilən mühafizə orderlərinin sayı ildən-ilə artır. 2019-cu ilin birinci rübündə 11 mühafizə orderi verilib, onlardan 7-si qısa müddətli, 4-ü isə uzun müddətli olub.
Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, 2014-cü ildə məişət zorakılığı ilə əlaqədar 3 uzun müddətli mühafizə orderi verilib.

"2015-ci ildə 6 uzun müddətli, 2016-cu ildə 3 uzun müddətli, 7 qısa müddətli mühafizə orderi verilib. 2017-ci ildə yerli icra hakimiyyətlərində 34 icra sənədi verilib. Bunlardan 10-u uzun müddətli, 24-ü isə qısa müddətli mühafizə orderi olub.

2018-ci ildə isə icraatda 19 mühafizə ordeninin verilməsi ilə bağlı iş olub, onlardan 14-ü həmin il daxil olub, 5 iş isə 2017-ci ildən qalıb. Onlardan 12-si qısa müddətli, 7-si isə uzun müddətli mühafizə orderləridir. Bunlardan 15-nin icrası ötən il təmin edilib. 4 iş ibitməmiş 2019-cu ilə keçib.

2019-cu ilin birinci rübündə mühafizə orderinin verilməsi ilə bağlı 7 sənəd üzrə iş aparılıb, ötən ildən qalan 4 sənəd icraata götürülüb. Ümumilikdə, cari ilin birinci rübündə məişət zorakılığı zəminində 11 sənəd icraata götürülüb. İşin icraata götürülməsi artıq mühafizə ordeninin verilməsi deməkdir. Verilən mühafizə orderlərindən 7-si qısa müddətli, 4-ü isə uzun müddətli olub".

E.Səfərov qeyd edib ki, irəliləyişlərin olmasına baxmayaraq, respublika üzrə 3 rəqəmli "Qaynar xətt" yaradılmalıdır. "Eyni zamanda dövlət sığınacaqlarının yaradılmasını təklif etmişik. Bu gün Azərbaycanda ailə, məişət zəminində zorakılığa məruz qalanlar üçün dövlət sığınacağı fəaliyyət göstərmir. Yalnız uşaqlar üçün sığınacaq var ki, qismən fəaliyyət göstərir. Məişət zorakılığı qurbanları yalnız uşaqları əhatə etmir, burada qadınlar, uşaqlar, kişilər, ahıllar da var".

Komitə sözçüsü qeyd edib ki, mühafizə ordeninin verilməsi sistemin işləməsində 3 vacib elementdən biridir. "Qaynar xətt ikinci, sığınacaq isə 3-cü vacib sistemdir. 3 sistemin birgə işləməsi o zaman reallaşacaq ki, hökümət tərəfindən məişət zorakılığının qarşısını alınması üçün maliyyə vəsaiti ayrılacaq. Dövlət sığınacağı nümunəvi yaradılmalıdır ki, digər QHT-lərin sığınacaqları buna uyğunlaşdırılsın. Biz tərəfdar deyil ik ki, komitədə yaradılsın. Əsas odur ki, digər qurumda yaradılsın və ya müstəqil olsun".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ailə   Məişətzorakılığı  





Xəbər lenti