Metroda problem yarandı - Qatarlar gecikdi

 Metroda problem yarandı -  Qatarlar gecikdi
  04 Noyabr 2019    Oxunub:1923
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bununla bağlı Azvision.az -a bildirib ki, "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarlardan birinin qapısında texniki problem olub.
Onun sözlərinə görə, maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Texniki problem xətdə 5 dəqiqə ləngiməyə səbəb olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro   Qatar  





Xəbər lenti