Qubada qarın hündürlüyü 14 santimetrə çatıb

  03 Noyabr 2019    Oxunub : 814
 Qubada qarın hündürlüyü 14 santimetrə çatıb
Quba rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 14 santimetrə çatıb.

Azvision.az xəbər verir ki, qarın yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində, eləcə də Qusarın Ləzə kəndində temperatur mənfi 10 dərəcəyə enib.
Qarın hündürlüyü Xınalıq və Qırızda 14, Ləzə kəndində isə 10 santimetrdir. Qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.

Azvision.az

Teqlər: Qar   Xınalıq   Quba