Güclü külək qaz təsərrüfatına ziyan vurub

Güclü külək qaz təsərrüfatına ziyan vurub
  03 Noyabr 2019    Oxunub:1602
Bu gün ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

Bundan əlavə, Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Hadisə 200 abonentin qaz təminatında fasilə yaranmasına səbəb olub.

“Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti