Xəzərdə dalğanın hündürlüyü 5 metr olub - Faktiki hava

Xəzərdə dalğanın hündürlüyü 5 metr olub -   Faktiki hava
  02 Noyabr 2019    Oxunub:1777
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a bildirilib ki, saat 16:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Pirallahıda 33 m/s, Tərtərdə 30 m/s, Sumqayıt və Bakıda 28 m/s, Bayıl yamacında 24 m/s, Xaçmaz və Qum adasnda 24 m/s, Daşkəsəndə 23 m/s; Bərdədə 22 m/s, Çilovda 21 m/s, Ağdam və Nabranda 20 m/s, Zərdabda 18 m/s, Binə və Zabratda 17 m/s, Göytəpə və Şabranda 16 m/s, Neft daşlarında 23 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5 metr olub.

Sumqayıt, Bakı, Binə, Zabrat, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Ağsu, Kişçay, Xınalıq, Şabran və Zaqatalada yağış yağıb.

Qeyd edilib ki, saat 07:07-dən 15:53-dək Zaqatalaya 37.7 mm yağıntı düşüb. Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa qar yağıb.

Azvision.az



Teqlər: ETSN   Hava   külək   Xəzər  





Xəbər lenti