Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi

 Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi
  02 Noyabr 2019    Oxunub:2502
Vnukovo hava limanından “Moskva-Bakı” reysi ilə hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sərnişin təyyarəsi texniki səbəbdən Moskvanın alternativ hava limanına təcili eniş edib.
Bu barədə Azvision.az -a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin Bakıya gətirilməsi üçün Moskvaya təyyarə göndərilib. Təyyarə sərnişinləri səhər saatlarında Bakıya çatdırıb.

Azvision.az



Teqlər: Moskva   Səyyar   Sərnişin  





Xəbər lenti