Rəsul Quliyev müxalifəti yenə təhqir etdi

Rəsul Quliyev müxalifəti yenə təhqir etdi
  13 Dekabr 2013    Oxunub:937
Milli Şuradan çıxarılan eks-spiker Rəsul Quliyev yenidəm müxalifətin ünvanına kəskin ifadələr səsləndirib.

AzVision.az-ın məlumatına görə, eks-spiker müxalifəti bədbəxt adlandıraraq liderlərin niyyətlərinin ancaq hakimiyyət gəlmək olduğunu deyib.

“İndiki bədbaxt müxalifətin liderləri düşünür ki, Azərbaycanda Ukrayna kimi vəziyyət yaransa gedib, sadəcə höküməti götürəcəklər. Bu çox böyük və ağır nəticə verən sadəlövhlükdür. Mən onları başa salmaq üçün arqumentlərlə izah etməyə çalışıram, ancaq hiss edirəm ki, onlar anlamır, gah hökümətə yarınmaqda gahda müxalifəti parçalamaqda günahlandırırlar məni”-deyə R.Quliyev qeyd edib.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti