Bir ayda Azərbaycandan Türkiyəyə 87 min turist gedib

  Bir ayda Azərbaycandan Türkiyəyə 87 min turist gedib
  02 Noyabr 2019    Oxunub:2512
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb.

Azvision.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı rəsmi məlumata görə, bu ilin sentyabr ayında Azərbaycandan qardaş ölkəyə 87,895 min turist səfər edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə gedənlərin sayında 0,7 faiz azalma qeyd alınıb.

Bundan əlavə, cari ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan Türkiyəyə 718,564 min turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,51 faiz çoxdur.

Azvision.az



Teqlər: Türkiyə   Azərbaycan   Turist  





Xəbər lenti