Hərbçilərin pensiyaları artımlarla birgə ödənilib

Hərbçilərin pensiyaları artımlarla birgə ödənilib
  01 Noyabr 2019    Oxunub:2739
Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar həmin kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, onlara verilən pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb.

Beləliklə də, hərbi və xüsusi rütbəli şəxslərin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, bu işlər qısa müddətdə yerinə yetirilib. Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub.

Azvision.az



Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti