Avtobus qəzasında xəsarət alanlar evə buraxıldı

 Avtobus qəzasında xəsarət alanlar evə buraxıldı
  01 Noyabr 2019    Oxunub:1982
Ötən gün paytaxtın Yeni Ramana yolunda baş vermiş avtobus qəzası nəticəsində 3 saylı şəhər klinik xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri almış 9 nəfər gətirilib.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib.

"Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".

Azvision.az



Teqlər: Qəza   Xəstəxana  





Xəbər lenti