Avtomagistrallarda sürət həddi endirildi

 Avtomagistrallarda sürət həddi endirildi
  01 Noyabr 2019    Oxunub:1634
Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
BNA-dan Azvision.az -a verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanl avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:

"Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar".

Azvision.az




Teqlər: BNA   Yağış  





Xəbər lenti