Yevlaxın yeni başçısı - 38 yaşı var (DOSYE)

Yevlaxın yeni başçısı -  38 yaşı var (DOSYE)
  31 Oktyabr 2019    Oxunub:7379
Xəbər verdiyimiz kimi, bu gün Yevlax şəhərinə yeni icra başçısı təyin olunub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlaxın icra başçısı vəzifəsinə təyinat alıb.

A.Tağıyev bundan əvvəl Nəsimi rayon icra hakimiyyəti başçısının müavini olub.

Qeyd edək ki, A.Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yevlax   İcra   Başçı  





Xəbər lenti