Qubada ana və körpəsinin həyatı xilas edilib - FOTO

Qubada ana və körpəsinin həyatı xilas edilib -  FOTO
  31 Oktyabr 2019    Oxunub:2407
22 oktyabr tarixində Xaçmaz rayonu, Qusarçay sakini 34-35 həftəlik hamilə olan 37 yaşlı qadın uşağlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub. USM müayinəsində ciftin çapığa birləşməsi aşkar olunub. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyata başlanılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib.

"Nəticədə ananın həyatı xilas edilib. Doğulan uşağı reanimasiya tədbirləri nəticəsində həyata qaytarmaq mümkün olub. Belə ki, vəziyyət dəyərləndirilərək uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib. Beləliklə, bədən hərarəti 33-34 dərəcəyə endirilib. Uşağa tənəffüs dəstəyi verilib. Hazırda uşaq sərbəst nəfəs alır, aktiv əmir, çəkisi artır. Ana və uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilir".



Azvision.az




Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti