“Topaz”dan oğurluq edən tutuldu

“Topaz”dan oğurluq edən tutuldu
  31 Oktyabr 2019    Oxunub:1542
Bakıda "Topaz" dan pul oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Topaz” mərc oyunları məntəqələrinin birindən 6220 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əlizadə saxlanılıb.

Azvision.az



Teqlər: Oğurluq   Topaz  





Xəbər lenti