Radikal qruplara qoşulan 400 nəfərin vətəndaşlığı ləğv edilib

  Radikal qruplara qoşulan 400 nəfərin vətəndaşlığı ləğv edilib
  31 Oktyabr 2019    Oxunub:1949
Son iki ildə Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb.

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Onun sözlərinə görə, son illərdə radikal qruplaşmalardan kənarlaşmanın baş verdiyi müşahidə olunur.
Komitə rəsmisi qeyd edib ki, 2011-ci ildən indiyədək radikal dini qruplaşmalara qoşulan 400 nəfərdən çox şəxsin vətəndaşlığı ləğv edilib: "Onlar artıq Azərbaycana qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən iş aparılır".

S,Heydərov vurğulayıb ki, indiyədək 1000-dən çox şəxs radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi barədə məlumatlar var. Digərləri müxtəlif ölkələrdə gizlənirlər. Bəzi qadın və uşaqlar isə İraq və Suriyadakı düşərgələrdə saxlanılır. Onların ölkəyə gətirilməsi üçün işlər görülür.

Azvision.az



Teqlər: Dini-Komitə   Səyavuş-Heydərov  





Xəbər lenti