“Ermənilərin özləri türklərə qarşı soyqırım həyata keçirib”

 “Ermənilərin özləri türklərə qarşı soyqırım həyata keçirib”
  31 Oktyabr 2019    Oxunub:4629
"1915-ci il hadisələri bir çox dövlət üçün Türkiyə ilə münasibətdə alver məsələsinə çevrilib".

Bunu Azvision.az -a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mrəkəzinin şöbə müdiri Cavid Vəliyev deyib. O bildirib ki, kim Türkiyədən ala bilməyəcəyi bir şey istəyirsə, dərhal "soyqırım" məsələsini gündəliyə gətirir:
"Lakin maraqlısı odur ki, heç biri də istədiyini ala bilmir. 1915-ci il hadisələri Osmanlı dövlətinin təhlükəsizliyini təmin etmək üçün əraziləri daxilində yaşayan erməniləri ölkənin bir regionundan başqa bir regionuna köçürməsidir. Bildiyimiz kimi, Birinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı Osmanlı ərazisində yaşayan ermənilər Osmanlını parçalamaq istəyən qüvvələrlə əməkdaşlıq edərək cəbhədə döyüşən Osmanlı ordusuna arxadan hücum etmişdi. Çünki Osmanlıya qarşı döyüşən böyük dövlətlər Osmanlı ərazisində Ermənistan dövləti qurmaq sözü vermişdi. Bu dövrdə silahlı ermənilərin özləri Türklərə qarşı soyqırım həyata keçirib".

C.Vəliyev qeyd edib ki, soyqırım hüquqi bir termdir və bir hadisənin soyqırım olub-olmamasına məhkəmə qərar verir: "Məsələn, ikinci Dünya müharibəsində yəhudilərə qarşı baş verənlərin soyqırımı olduğuna Numberq Məhkəməsi qərar verib. Bosniyada Serebrenitsada törədilən soyqırım müvafiq Beynəlxalq Tribunal tərəfindən tanınıb və günahkarlar cəzalandırılıb. Perincək məhkəməsində 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin üst stansiya məhkəməsi 1915-ci il hadisələrinin soyqırım olduğuna dair yetərli sübut olmadığına hökm verib və bu qərar qəti qərar olduğu üçün tərəflər əməl etməlidirlər. Bu səbəbdən ermənilər hüququ yolla istədikləri nəticəni əldə edə bilmədiklərinə görə məsələni siyasiləşdirirlər. Halbuki hər hansı ölkənin parlamentinin bu hadisələrə fərqli ad verməsi və ya siyasi şəxslərin bunu məqsədli şəkildə təhrif etməsi məsələnin mahiyyətini dəyişmir. Ermənilərin məqsədi dünyada özlərini qurban kimi qələmə vermək yolu ilə Dağlıq Qarabağın işğalını leqallaşdırmaq, Xocalıda törətdikləri soyqırımı kölgələməkdir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Soyqırım   Türkiyə   Ermənistan  





Xəbər lenti