Mingəçevir su anbarında suyun səviyyəsi azalıb

Mingəçevir su anbarında suyun səviyyəsi azalıb
  31 Oktyabr 2019    Oxunub:4543
Su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kür çayının aşağı axımında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 sm-dən 100 sm-dək aşağıdır.

Nazir bildirib ki, Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir (2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi).

"Kür çayı hövzəsi boyunca yağışların intensivliyi azalsa da, dənizə yaxın ərazilərdə yağışlar intensiv xarakter daşıyır. Bu da iqlim dəyişikliklərinin təzahürüdür".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   MuxtarBabayev  





Xəbər lenti