“Hökumət bütün diqqəti təhsilə yönəldib” - Ceyhun Bayramov

“Hökumət bütün diqqəti təhsilə yönəldib” -    Ceyhun Bayramov
  31 Oktyabr 2019    Oxunub:2277
"Müasir iqtisadiyyatda ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daim öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "British Council"ın yeni "Məşğulluq imkanları üçün ali təhsil" proqramı ilə əlaqədar Bakıda məzunların əldə etidyi nəticələrə həsr edilən ilk strateji Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır: "Bu isə təhsilin rolu üçün daha vacib amildir. Daim öyrənmək artıq maneə deyil. Bu, cari həyatın reallığıdır. Öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib. Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir".

Nazir bildirib ki, bugünkü təhsilimiz qlobal təhsil sisteminə inteqrasiya edir: "Xaricdə oxuyub gələn tələbələr dövlət və özəl sektorda, eyni zamanda Təhsil Nazirliyində çalışırlar. Forum Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və uzunmüddətli dövrdə Azərbaycanın iqtisadi inkişafına töhfə vermək üçün gözəl imkandır. Fəaliyyətimiz iki ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təhsil   Nazir   CeyhunBayramov  





Xəbər lenti