“Ümid edirəm ki, İlham Əliyev Londona səfər edəcək” - Britaniya rəsmisi
Britaniyanın ticarət elçisi bildirib ki, Prezident İlham Əliyev dəfələrlə Londonda səfərdə olub: "Sonuncu dəfə Azərbaycanın dövlət başçısı ilə "Əsrin müqaviləsi"nin sonrakı mərhələsinin imzalanma mərasimində görüşmüşdüm. Ümid edirəm ki, Azərbaycan Prezidenti yenə də Londona səfər edəcək və onunla görüşmək imkanımız olacaq. Onu yenidən qəbul etmək bizim üçün böyük şərəf olar. Sözsüz ki, bu səfərlər Azərbaycan ilə Böyük Britaniya arasında münasibətləri daha sıx və yaxın edir. Bu da bizim əsas məqsədimizdir. Nəzərə almalıyıq ki, Böyük Britaniya Avropa İttifaqını tərk edir, ona görə bu, bizim üçün kifayət qədər mühüm məsələdir".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BöyükBritaniya BaronessaEmmaNikolson