Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür

Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür
  31 Oktyabr 2019    Oxunub:1882
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum gündür.
Azvision.az xəbər verir ki, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrını 31-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub.

O, 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb. 1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərə istiqamətlərində şücaətlə vuruşub.

K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə şəhid olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək k, Bakının küçələrindən biri onun adını daşıyır. Bakıda adına park salınıb, büstü qoyulub.



Azvision.az



Teqlər: MilliQəhrəman   KoroğluRəhimov  





Xəbər lenti