İsrailin Bakıdakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı

İsrailin Bakıdakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı
  30 Oktyabr 2019    Oxunub:6729
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə Azvision.az -a İsrailin Bakıdakı səfirliyindən məlumat verilib. Bunun maliyyə problemi ilə əlaqədar olduğu bildirilib.

Səfirliyin açıqlamasında deyilir: "İsrail Maliyyə Nazirliyinin 2019-cu ilin iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son on illiklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”.

Məlumatda, həmçinin qeyd olunub ki, səfirlik konsul xidmətləri göstərməyəcək, ziyarətlər üçün bağlanacaq:

“İsrail diplomatları hər zaman ölkənin gücünü və dayanıqlığını artırmaq üçün səy göstərməyə çalışıblar. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək".

Qeyd edək ki, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını (69 səfirlik, 23 konsulluq, 5 xüsusi nümayəndəlik) müvəqqəti bağlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Səfirlik  





Xəbər lenti