ÜST-nin Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib

ÜST-nin Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib
  30 Oktyabr 2019    Oxunub:978
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.

H.Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdilər.

"Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-nin Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər. Bu prosedur BMT tərəfindən müəyyən edilib. Yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər"

H.Harmancı BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinə də beynəlxalq statusun verildiyini xatırladıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜST  





Xəbər lenti