“Siqaretin reklamına milyonlarla dollar xərcləyirlər”

“Siqaretin reklamına milyonlarla dollar xərcləyirlər”
  30 Oktyabr 2019    Oxunub:1373
Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmir.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, İçərişəhər tütündən azad zona müəyyən edilsə də reallıqda bu, belə deyil.

H.Harmancı qeyd edib ki, İçərişəhərdə fəaliyyət göstərən kafelərdə insanlar tütün çəkməkdə davam edirlər: "Azərbaycanda siqaretlərin tək-tək, ədədlə satılması yeniyetmələrin ona əlçatanlığını artırır. Siqaretlərin tək-tək satılması düzgün deyil. Tütünlə kofein insanda demək olar ki, eyni səviyyədə asılılıq yaradır. Tütündən imtina edilmə sistemi yaradılmalıdır. Bu sistem işlək olmalı və hər kəs tərəfindən dəstəklənməlidir. Amma bu, asan məsələ deyil. Çünki bizimlə mübarizə aparan milyard dollarlıq tütün sənayesi var. Onlar tütünün reklamı üçün milyon dollarlar xərcləyirlər. Biz isə buna qarşı az vəsaitlə mübarizə aparmağa çalışırıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Tütün  





Xəbər lenti