“Azərbaycanda dostluq yüksək dəyərləndirilir” - Zakir Həsənov
Nazir bildirib ki, bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. "Ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək. Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəkdir. Fürsətdən istifadə edərək, bu iclasın təşkilində göstərdikləri səylərə və yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim".
Z.Həsənov daha sonra qeyd edib: "Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən pozitiv dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz. Sonda burada olan hər bir kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli işləməyi arzu edirəm".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Müdafiə-Naziri Zakir-Həsənov