Partlayışda yaralananların vəziyyəti necədir?

 Partlayışda yaralananların vəziyyəti necədir?
  30 Oktyabr 2019    Oxunub:2469
Səhiyyə Nazirliyi Bakının Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında baş verən partlayış zamanı xəsarət alan 3 nəfərin vəziyyəti barədə məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yaralılardan birinin müalicəsi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

"Digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyyətləri orta ağır kimi qiymətləndirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Partlayış   Xəstəxana  





Xəbər lenti