Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı tutuldu

  28 Oktyabr 2019    Oxunub : 1706
 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı tutuldu
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.
DSX-dan Azvision.az -a verilən məlumata görə, 17 oktyabr 2019-cu il tarixində Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DSX   Narkotik