Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti susdurdu - VİDEO

 Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti susdurdu -    VİDEO
  27 Oktyabr 2019    Oxunub:9704
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan Arzu Məmmədova ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Vladimir Pozneri çıxılmaz vəziyyətə salıb.
Azvision.az xəbər verir ki, Poznerin ABŞ-ın Kaliforniya ştatında çıxışı zamanı azərbaycanlı xanım ona Qarabağ münaqişəsi ilə bağlı suallar ünvanlayıb.

Əvvəlcə A.Məmmədova bildirib ki, Azərbaycanda bir çox xalqlar, o cümlədən İsrail vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayır, onlara qarşı ayrıseçkilik yoxdur.



Həmçinin, gənc xanım ermənipərəst mövqe nümayiş etdirən Poznerin diqqətinə çatdırıb ki, jurnalist qərəzsiz olmalıdır:

"Dağlıq Qarabağ rəsmi olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən BMT-nin qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil kimi tanımır. Azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda birgə yaşayıblar və Bakıda hələ də erməni kilsəsi var".

Həmyerlimiz Poznerə xitabən vurğulayıb: "Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət dolu ifadələr arasındakı xətt haradan keçir?".

Suallar qarşısında çətin vəziyyətə düşən Pozner "Dağlıq Qarabağ rəsmi olaraq Ermənistanın ərazisi kimi tanınan ərazidir" deməklə özünə gəlməyə çalışıb. Bu məqamda A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycan Respublikasının ərazisi olduğunu bildirib.

Azvision.az


Teqlər: ABŞ   Jurnalist   Pozner  





Xəbər lenti