Məmmədyarov Nigerin XİN rəhbəri ilə görüşdü
Nigerli Nazir, öz növbəsində ölkəsinin başçısının digər öhdəliklərinin olması səbəbindən QH-nin Zirvə Görüşündə iştirak edə bilmədiyini bildirərək onun üzrxahlığını çatdırıb, görüşün yüksək səviyyədə təşkil edildiyini qeyd etdi və ölkəmizə sədrliyi dövründə uğurlar arzulayıb.
Görüş əsnasında Nigerdən olan tələbə və mütəxəssislərin Azərbaycanda təhsil almaq, habelə neft sənayesi sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğu qeyd edilib və bu istiqamətlərdə məhsuldar əməkdaşlığın davam etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Niger ilə Azərbaycan arasında BMT və İƏT çərçivəsində təşəkkül tapmış əməkdaşlığın QH çərçivəsində də müvaffəqiyyətlə inkişaf edəcəyinə dair əminlik ifadə edilib. Bu xüsusda, 2020-ci ildən Nigerin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün gözəl fürsət olacağı qeyd edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Nazir Kalla Ankurao Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.
Azvision.az
Teqlər: XİN Məmmədyarov Nigeriya Nazir Görüş