Azərbaycan və Pakistan prezidentlərinin görüşü - FOTOLAR (Yenilənib)

Azərbaycan və Pakistan prezidentlərinin görüşü -  FOTOLAR (Yenilənib)
  27 Oktyabr 2019    Oxunub:5117
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 26-da Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev Prezident Arif Alvini qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Sonra Prezident İlham Əliyevin və Prezident Arif Alvinin görüşü olub.

Prezident Arif Alvi deyib:

-Maşallah, üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəksiniz.

Prezident İlham Əliyev deyib:

-Bəli, dünən Sizin dəstəyinizlə biz fəaliyyətə başladıq. Bizim Qoşulmama Hərəkatına sədr kimi namizədliyimizi dəstəklədiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qarşıdakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq. Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqillik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq.

Prezident Arif Alvi: Birləşmiş Millətlər Təşkilatı kimi...

Prezident İlham Əliyev: Bəli, Birləşmiş Millətlər Təşkilatı kimi. Bizim timsalımızda söhbət erməni qoşunlarının qeyd-şərtsiz olaraq və dərhal ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamədən gedir. Lakin onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur.

Prezident Arif Alvi: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.

Prezident İlham Əliyev: Biz əlbəttə ki, bunu edəcəyik. Biz ikili standartlara qarşı mübarizə aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə, qardaş Pakistan xalqına Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Prezident Arif Alvi: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bizim xalqımız bunu bilir. Xalqımız bilir ki, siz əsl qardaşlarsınız və qardaşlığın bu misilsiz jesti tərəfimizdən həqiqətən yüksək qiymətləndirilir. Biz hazırda bir çox sahələri əhatə edən yaxın qardaşlıq münasibətlərini qurmuşuq. Mən Sizin gözəl ölkənizə bir neçə dəfə səfər etmişəm.

Prezident Arif Alvi: Bəli.

Prezident İlham Əliyev: Çox şadam ki, Siz bizə səfər edirsiniz, lakin biz Sizin rəsmi səfərinizi gözləyəcəyik.

Prezident Arif Alvi: Bəli, elədir. Yaxşı fürsət tapan kimi gələcəyəm. Zati-aliləri, biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumlarını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim. Qvadar dəniz limanıdır.

Prezident İlham Əliyev: Bəli, bilirəm.

Prezident Arif Alvi: Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artırmaq mümkündür.







Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Pakistan  





Xəbər lenti