Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
  26 Oktyabr 2019    Oxunub:1542
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla onun 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla onun 20-40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 136 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 82 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 48 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 52 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 70 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 312 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 133 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi dəyişməyib və 53 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 15 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 2 santimetr azalaraq 137 santimetr olub.

Azvision.az



Teqlər: ETSN   Kür   Çay  





Xəbər lenti