Azərbaycan və Misirin XİN rəhbərlərinin görüşü olub

Azərbaycan və Misirin XİN rəhbərlərinin görüşü olub
  26 Oktyabr 2019    Oxunub:1210
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Misir arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Sameh Şükri Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluğunu ifadə edib, enerji sahəsində əməkdaşlığı xüsusi vurğulayıb. Həmçinin turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərindən bəhs olunub.

Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Misir   Görüş  





Xəbər lenti