İlham Əliyev Nikolas Maduro ilə görüşüb - FOTO

  İlham Əliyev Nikolas Maduro ilə görüşüb -  FOTO
  25 Oktyabr 2019    Oxunub:2764
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.
Azvision.az xəbər verir ki, Prezident Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil oldunduğunu qeyd edib və Prezident İlham Əliyevə bu Zirvə Görüşünə sədrliyinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminlik ifadə olunub.



Görüşdə Bandunq Prinsiplərinin dövlətlərarası münasibətlərdə mühüm rolu xüsusi qeyd olunub və bu prinsiplər əsasında Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb. Bandunq Prinsipləri, xüsusilə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışılmamasının beynəlxalq münasibətlərin təməl prinsipləri olmasının vacibliyi bildirilib.

Söhbət zamanı, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinin önəmi bildirilib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Maduro  





Xəbər lenti