Tərtərdə 150 nəfər özünüməşğulluq proqramına cəlb olunub
Tərtər rayonunda ötən il 108 nəfər, bu ilin ötən dövründə isə artıq 150 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 80 nəfərinə aktivlər verilib. Cari ildə proqrama cəlb edilənlərin 50 nəfərini əlilliyi olan şəxslər, 9 nəfərini şəhid ailələrinin üzvləri, 20 nəfərini köçkünlər, müharibə veteranları, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və b. təşkil edir. Ümumilikdə isə proqram iştirakçıları aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləridir.
Azvision.az
Teqlər: Tərtər Özünüməşğulluq