Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək
  25 Oktyabr 2019    Oxunub:1825
Noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək.
Azvision.az xəbər verir ki, festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan ailə təsərrüfatçıları tərəfindən müxtəlif növ məhsullar çıxarılacaq, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin, ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti