İstirahət günləri üçün hava proqnozu

   İstirahət günləri üçün hava proqnozu
  25 Oktyabr 2019    Oxunub:1456
Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 17-22, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu

18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava əsasən yağmursuz keçəcək.Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti