Bakı Zirvə Görüşü debatlarla davam edib - FOTOLAR (Yenilənib)

 Bakı Zirvə Görüşü debatlarla davam edib -  FOTOLAR (Yenilənib)
  25 Oktyabr 2019    Oxunub:4893
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü işini ümumi debatlarla davam etdirib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən debatlarda Pakistan Prezidenti Arif Alvi, İran Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Kuba Prezidenti Migel Diaz-Kanel, Cibuti Prezidenti İsmail Ömər Qelleh, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin, Əlcəzair Prezidenti Abdelkader Bensalah, Esvatininin Kralı III Msvati, Qana Prezidenti Nana Akufo-Addo, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo, Sudan Prezidenti Abdul-Fattah Al-Burhan, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinam, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Liviyanın Baş Naziri Faiz Sarac çıxış ediblər.

Çıxışlarda 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin qarşısının alınmasının, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahların yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulanıb, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb.

Natiqlər XVIII Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını bildiriblər.























Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Zirvə-Görüşü  





Xəbər lenti