Bərdədə 40 yaşlı qadını qatar vurub

Bərdədə 40 yaşlı qadını qatar vurub
  25 Oktyabr 2019    Oxunub:3111
Oktyabrın 24-də, saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Xəsarət alan Mənsurə Quliyeva Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Dəmiryol   Yevlax   Bərdə  





Xəbər lenti