FHN köməksiz qalan şəxsləri xilas edib

FHN köməksiz qalan şəxsləri xilas edib
  25 Oktyabr 2019    Oxunub:1323
Abşeron rayonunun Xırdalan şəhərində, Bakı şəhərinin Xəzər və Suraxanı rayonlarında ayrı-ayrı ünvanlarda 2-si azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Digər məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Sumqayıt şəhərində isə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşa müvafiq köməklik göstərib.

Azvision.az




Teqlər: FHN   Mənzil   Kömək  





Xəbər lenti