"BMT qaçqın probleminin həllinə ciddi yanaşır" - Muhammad-Bande

"BMT qaçqın probleminin həllinə ciddi yanaşır" -    Muhammad-Bande
  24 Oktyabr 2019    Oxunub:1269
"Hər hansı şəraitdən, haldan asılı olmayaraq bütün fərdlərin hüquqları BMT fəaliyyətinin əsas hissəsini təşkil edir".
Azvision.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, BMT universal insan hüquqları bəyannaməsi və digər sənədləri çox ciddi qəbul edir:

"BMT münaqişələr nəticəsində qaçqın düşən insanların məsələlərinin həllinə beynəlxalq ictimaiyyəti səfərbər etməklə böyük dəstək göstərir. Biz qaçqın probleminin həllinə ciddi yanaşır və dəstək göstəririk. BMT-nin qaçqınların məsələləri ilə məşğul olan qurumu var. Biz dünyanın istənilən nöqtəsində qaçqınların öz yerlərinə qayıtması, qayıtdıqdan sonra sülh şəraitində yaşaması kimi məsələləri dəstəkləyirik. Bu hamıya, o cümlədən Azərbaycandan olan qaçqınlara da aiddir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti