Bakıda köməksiz qalan 3 nəfər xilas edilib

Bakıda köməksiz qalan 3 nəfər xilas edilib
  24 Oktyabr 2019    Oxunub:3608
Bakı şəhərinin Sabunçu və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.

Azvision.az



Teqlər: FHN   Mənzil   Bakı  





Xəbər lenti