ASCO 42 tələbəyə təqaüd verəcək
Qaydalara əsasən, təqaüd verilərkən tələbələrin dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarına fərq qoyulmayacaq. Həmçinin, bu təqaüdlərin təyin edilməsi tələbələrə dövlət tərəfindən təsis edilən təqaüdlərin verilməsini dayandırmır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə ASCO-da daxili imkanlar hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcürəbəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixstisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.
"Bundan başqa, Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədi ilə onların ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.
Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.
Onu da əlavə edək ki, 2018-2019-cu tədris ilindən Azərbaycan Dövlət Dəniz Akademiyasında və Akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd verilir".
Azvision.az