Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

   Bakıda iki avtomobil toqquşub,    3 nəfər xəsarət alıb
  23 Oktyabr 2019    Oxunub:1490
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəza köhnə avtomobil bazarının yaxınlığında qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan biri təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. 32 yaşlı şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Digər iki yaralı, 46 və 49 yaşlı şəxslərə hadisə yerində yardım göstərilib.

Azvision.az


Teqlər: Səhiyyə   Qəza  





Xəbər lenti