Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu
  22 Oktyabr 2019    Oxunub:1368
Oktyabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Komitədən Azvision.az -a verilən məlumata görə, əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaş növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciətlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

Qaçqınlara və məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə və qəzalı binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırıq icra olunur.

Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Azvision.az



Teqlər: Komitə   Qəbul  





Xəbər lenti