Milli Məclisdə qanunsuz aksiya ilə bağlı məsələ qaldırıldı

 Milli Məclisdə qanunsuz aksiya ilə bağlı məsələ qaldırıldı
  22 Oktyabr 2019    Oxunub:2238
“Oktyabrın 19-da Bakının mərkəzində qanunsuz mitinqə cəhd olub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə, erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov deputatları bu məsələyə münasibət bildirməyə, mövqelərini ortaya qoymağa çağırıb: “Hüquq mühafizə orqanları bu mitinqlə bağlı araşdırma aparmalıdır. Hər kəs mövqeyini ortaya qoymalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Siyavuş-Novruzov   YAP   Mitinq  





Xəbər lenti